XİN başçısı canlı yayına xaç işarəsi ilə çıxdı - ABŞ siyasətində bir ilk

 21:22 06.03.2025     117

ABŞ XİN başçısı Marko Rubio alnına çəkilmiş xaç işarəsi ilə televiziya kanalının canlı yayımına qatılaraq siyasi arenada bir ilkə imza atıb.

Redaktor.az xəbər verir ki, Rubio, canlı yayımda Rusiya-Ukrayna müharibəsi və Qəzza ilə bağlı son hadisələri şərh edərkən, alnındakı xaç işarəsi diqqət çəkib və mübahisələrə səbəb olub.

Məsələnin dini məzmunu aydınlaşdırıldıqdan sonra, bu işarənin katolik inancında Kül Çərşənbəsi ənənəsinin bir hissəsi olduğu ortaya çıxıb. Xaç işarəsi, oruc mövsümünün başlandığını simvolizə edir.

Tramp administrasiyası yeni dövrdə dini simvollara xüsusi önəm verməyə başlayıb. Prezident ilk kabinet toplantısını dua ilə açıb. Seçki kampaniyası zamanı da dini şüarlar diqqət çəkib. Xüsusilə Corciyada keçirilən bir tədbirdə Trampın ətrafı katolik liderlər tərəfindən əhatə olunub və ona toxunaraq dua edilib.

Kənan YUSİF