Ukrayna və ABŞ komandaları yenidən işə başlayıb - Zelenski

 22:44 06.03.2025     88

Prezident Volodimir Zelenski bildirib ki, müharibədə sülhə nail olmaq üçün Ukrayna və ABŞ komandaları yenidən işə başlayıb.

Redaktor.az xəbər verir ki, dövlət başçısının mətbuat xidmətinə istinadən xəbər verir ki, Zelenski bunu Brüsseldə Avropa Şurasının iclasında çıxışı zamanı deyib.

“Hamınıza bildirmək istəyirəm ki, komandalarımız - Ukrayna və Amerika yenidən işə başlayıb. Gələn həftə dolğun bir görüşün keçiriləcəyini gözləyirik”, - Zelenski vurğulayıb.

Onun sözlərinə görə, Ukrayna müharibənin ilk saniyəsindən sülhə nail olmaq istəyir.