Baydenin Ukrayna ilə imzaladığı müqavilə Ağ Evin saytından silinib

 23:36 06.03.2025     92

Ağ Evin saytında artıq Ukrayna ilə təhlükəsizlik müqaviləsi olan səhifə göstərilmir.

Redaktor.az xəbər verir ki, bu barədə “Strana.ua” nəşri öz teleqram kanalında məlumat yayıb.

Səhifəyə keçməyə çalışarkən "xəta 404" mesajı göstərilir. Sənədin ləğvi ilə bağlı rəsmi məlumat yox idi.

Xatırladaq ki, Ukrayna ilə 10 il müddətinə qüvvədə olan müqaviləni ABŞ-nin keçmiş prezidenti Co Bayden 2024-cü ildə imzalayıb.

Turan İSMAYIL