ABŞ Rusiyanın Suriyadakı mövcudluğunu genişləndirə biləcəyini bildirib

Rusiya iqtisadi dəstək hesabına Suriya Ərəb Respublikasında mövcudluğunu genişləndirə bilər.
Redaktor.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) mənbələrə istinadən yazır.
Nəşrin məlumatına görə, fevral ayında Rusiya Suriya Mərkəzi Bankına yerli valyutada 23 milyon dollar ekvivalentində pul köçürüb.
Nəşr bunu SAR-ın keçid hökuməti ilə Rusiya Federasiyasının hakimiyyət orqanları arasında münasibətlərin “istiləşmə əlaməti” adlandırıb.
Xatırladaq ki, yanvarın 28-də Rusiya Federasiyasının idarələrarası nümayəndə heyəti Dəməşqə səfər edib və Suriya administrasiyasının rəhbəri ilə danışıqlar aparıb. Rusiya Xarici İşlər Nazirliyinin rəis müavini Mixail Boqdanov bildirib ki, görüşdə bir sıra şirkətlərin nümayəndələri iştirak edib, onlar Suriya rəhbərliyinə hər şeyi izah ediblər və razılaşmalar əsasında əməkdaşlığı davam etdirməyə hazır olduqlarını bildiriblər. “Sana” xəbər verir ki, Suriyanın yeni rəhbərliyi etimadı gücləndirmək üçün Rusiya tərəfindən təzminat istəyib.
Turan İSMAYIL