Kreml Trampın ABŞ-nin NATO-dakı rolu ilə bağlı planlarından xəbərsizdir

Kreml ABŞ-nin Prezidenti Donald Trampın ölkənin NATO-da iştirak formatını necə dəyişəcəyini bilmir. Bu barədə
Redaktor.az xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov danışıb.
“Onun hansı yolla gedəcəyini bilmirik”, – deyə Peskov bildirib.
Bundan əvvəl Tramp, ABŞ-yə hücum edildiyi halda NATO-nun ölkəyə kömək edib-etməyəcəyinə şübhə etdiyini söyləmişdi. Qeyd olunur ki, NATO Nizamnaməsinin 5-ci maddəsi yalnız bir dəfə – 2001-ci il 11 sentyabr terror hücumlarından sonra tətbiq olunub.
Rusiya Prezidenti Vladimir Putin isə Ukraynanın NATO-ya qoşulması ehtimalını xüsusi hərbi əməliyyatın səbəblərindən biri kimi göstərmişdi. Onun sözlərinə görə, Kiyevin alyansa qoşulması ölkənin təhlükəsizliyini artırmayacaq.
Aytəkin TOFİQQIZI