MAQATE rəhbəri Makronun nüvə silahı açıqlamalarını tabu pozuntusu adlandırdı

Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) rəhbəri Rafael Qrossi, Fransa Prezidenti Emmanuel Makronun nüvə silahı ilə bağlı açıqlamalarını tabuların pozulması kimi dəyərləndirib.
Redaktor.az bu barədə Bloomberg nəşrinə istinadla məlumat verir.
"Bir neçə il əvvəl nüvə silahları ilə bağlı belə bir müzakirə tabu olardı. Hazırda bəzi ölkələrdə belə söhbətlər gedir", – deyə Qrossi bildirib.
Bundan əvvəl Makron xalqa müraciətində, ABŞ-nin müdafiəsini geri götürəcəyi qorxusu fonunda, Fransanın Avropalı müttəfiqləri ilə qitədə nüvə çətirinin genişləndirilməsi ilə bağlı danışıqlara başlayacağını açıqlamışdı. O, bildirib ki, Fransa Avropanın müdafiəsində xüsusi statusa malikdir.
Aytəkin TOFİQQIZI