Sudanda BMT helikopteri atəşə tutuldu - general və daha bir neçə nəfər həlak OLDU

 18:21 07.03.2025     163

Birləşmiş Millətlər Təşkilatının helikopteri Sudanın cənubunda atəşə tutulub.

Redaktor.az
xəbər verir ki, bu barədə BMT məlumat yayıb.

Qeyd edilib ki, BMT helikopteri Cənubi Sudan hərbçilərini təxliyə etməyə çalışarkən Nasir şəhərində atəşə tutulub. Nəticədə bir ekipaj üzvü və bir general da daxil olmaqla bir neçə əsgər həlak olub.