Sosial şəbəkədə Roma Papası ilə bağlı 83,4 milyon paylaşım EDİLİB

 22:12 08.03.2025     110

Fevralın 14-dən etibarən xəstəxanada müalicə alan Roma Katolik Kilsəsinin rəhbəri Papa Fransisklə bağlı sosial media platformalarında bu vaxtadək 83,4 milyon paylaşım edilib.

Redaktor.az xəbər verir ki, dünyanın müxtəlif yerlərindən olan insanlar paylaşımlarında pontifikin tez bir zamanda sağlamlığına qovuşmasına dair xoş diləklərini və həmrəylik ifadə ediblər, dualar olunub. Paylaşımlar Roma Papasının tənəffüs böhranı keçirdiyi 22-23 fevral tarixlərində daha çoxluq təşkil edib.

Bu müddət ərzində pontifikin “Instagram” və “X” sosial şəbəkələrində izləyicilərinin sayı ümumilikdə 127 min artıb. Roma, Mexiko və Buenos-Ayres kimi şəhərlərdən paylaşımlar üstünlük təşkil edib.

Müqəddəs Taxt-Tacın mətbuat xidməti Romadakı “Gemelli” xəstəxanasında müalicəsi davam edən Papa Fransiskin səhhətinin əvvəlki günlərlə müqayisədə yaxşılaşdığını açıqlayıb. 88 yaşlı papaya polimikrob infeksiyası və ikitərəfli pnevmoniya diaqnozu qoyulmuşdu.