Hindistanda israilli turistə və yerli qadına təcavüz EDİLDİ

 23:02 08.03.2025     101

Hindistanın cənubunda qətl və cinsi təcavüz hadisəsi baş verib.

Redaktor.az xəbər verir ki, bu barədə “Reuters“ məlumat yayıb.

Qeyd edilib ki, UNESCO-nun Ümumdünya İrsi siyahısına daxil edilmiş məşhur obyekt yaxınlığında hücum zamanı bir kişi öldürülüb, bir israilli qadın turist və hindistanlı qadın isə üç kişi tərəfindən zorlanıb.

Hadisə axşam vaxtı baş verib. Üç nəfər pul üstündə mübahisə etdikdən sonra kişi və iki qadına hücum edib.