Xoruldayan itini əməliyyat ETDİRDİ

 15:30 09.03.2025     159

Adanada xoruldama, nəfəs darlığı yaşayan və çıxardığı səslərlə sahibi Selin Qılıçarslanı yatmağa qoymayan 9 yaşlı "Mini" adlı it əməliyyatla sağlamlığına qovuşub.

Redaktor.az yerli mediaya istinadla xəbər verir ki, S.Qılıçarslan itinin sağlamlığına qovuşmasına görə sevindiyini bildirib.

“Bu problem təkcə onun yox, mənim də yatmağıma mane olmağa başlamışdı. Onun vəziyyəti ətrafımdakı insanları da narahat edirdi.   Mən əməliyyat olunmazdan əvvəl çox narahat idim, çünki itlər adətən əməliyyatdan sonra narkozdan oyana bilmirlər. Buna baxmayaraq, əməliyyat uğurla keçdi və itimin səhhəti tamamilə düzəldi. Onun sağlamlığına qovuşduğunu görəndə çox sevindim”, - deyə o, bildirib.

Vasif