Fransa Ukraynaya 195 milyon avroluq yeni hərbi yardım AYIRDI

 15:55 09.03.2025     214

"Fransa Ukraynaya 195 milyon avro məbləğində yeni hərbi yardım paketi təqdim edəcək".

Redaktor.az xəbər verir ki, bunu Fransanın müdafiə naziri Sebastyen Lekornyu "La Tribune Dimanche"yə müsahibəsində deyib.

Onun sözlərinə görə, yardım paketi Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən faizlər hesabına maliyyələşdiriləcək:

"Bu, 155 millimetrlik artilleriya məmilərinin, habelə AASM aviabombalarının tədarükünü həyata keçirməyə imkan verəcək".