İsrail Qəzza sektoruna zərbə endirdi - XƏSARƏT ALANLAR VAR

 16:35 09.03.2025     177

İsrail Ordusu bu gün səhər Qəzza sektorunun şimalına aviazərbə endirildiyini açıqlayıb.

Redaktor.az yerli mediaya istinadla xəbər verir ki, İsrail Ordusunun açıqlamasında hərbi birləşmələrin yaxınlığındakı əraziyə bomba quraşdırmağa cəhd edən bir qrupa zərbə endirildiyi bildirilib.

Fələstin mediası isə pilotsuz uçuş aparatından endirilən zərbə nəticəsində 2 nəfərin öldüyü barədə məlumat yayıb.