Mask Rumıniya səyahət hesabatlarına reaksiya bildirdi

İlon Mask təhlükəsizlik səbəbi ilə Rumıniyaya səfər etməyəcəyini açıqlayıb.
Redaktor.az xəbər verir ki, İlon Mask bu barədə X sosial şəbəkəsində yazıb.
Milyarder, yayımladığı paylaşımda, hazırda dünyada gedən çətin vəziyyətləri nəzərə alaraq, təhlükəsizliyin prioritet olduğunu bildirib. “Prezident xaricə getməyimi xahiş edənə qədər mən Amerikada qalacağam,” – deyə o qeyd edib.
Mask, sosial şəbəkə istifadəçilərindən birinin Rumıniyaya aprelin 4-də səfər etməyi planlaşdırdığı ilə bağlı mesajına cavab olaraq, bu səfərdən çəkinməyə qərar verdiyini açıqlayıb.
Əvvəlcə, Mask Rumıniya prezident seçkilərində müxalif siyasətçi Kalin Georgeskunun iştirakının qarşısını almağı “dəlilik” olaraq qiymətləndirmişdi.
Aytəkin TOPFİQQIZI