Trampın müttəfiqləri ilə mübahisəsi Çinin yüksəlişinə səbəb olacaq

 10:44 10.03.2025     86

ABŞ Prezidenti Donald Trampın siyasəti və bir çox müttəfiqləri ilə gərgin münasibətləri, Çin üçün beynəlxalq səhnədə yüksəlmək üçün bir imkan yaradacaq. Avstraliyanın keçmiş baş naziri Malkolm Turnbull, Trampın siyasətinin Çinin beynəlxalq təsirini artıracağına və Pekinin “daha cəlbedici tərəfdaş” kimi qəbul ediləcəyinə inandığını bildirib.

Redaktor.az bu barədə "Blommberg"ə istinadla xəbər verir.

Turnbull, Çin Prezidenti Xi Jinping-in Trampın tam əksinə olaraq daha çox ölkəni öz tərəfinə çəkməyə çalışacağını qeyd edib. O, ABŞ-da mövcud administrasiyanın siyasəti nəticəsində bir çox ölkənin “bir tərəfdən Çinə, digər tərəfdən Trampa baxmağa başlayacağını və bu ölkələrin Çinlə əməkdaşlıqda daha çox perspektiv görəcəklərini vurğulayıb.

Həmçinin, diplomatik sahədə diqqət çəkən digər bir bəyanatla, fövqəladə və səlahiyyətli səfir Aleksandr Yakovenko, Trampın ABŞ və Avropadakı liberal gündəmlə mübarizəsinin Rusiyanın Avropa elitası ilə münasibətlərinə təsir etdiyini bildirib. Yakovenko, Avropa elitalarının Rusiyaya düşmən münasibət bəslədiyini və Ukrayna prezidenti Vladimir Zelenskinin vasitəsilə münaqişəni davam etdirməyə hazır olduqlarını vurğulayıb. Lakin, onun sözlərinə görə, bu elitaların dəyişdirilməsi olmadan Moskva ilə münasibətlərin normallaşması mümkün deyil.

Aytəkin TOFİQQIZI