Suriyadakı qarşıdurmalarda ölənlərin sayı 1300-ü ÖTDÜ

 11:20 10.03.2025     116

Suriyada təhlükəsizlik qüvvələri ilə keçmiş prezident Bəşər Əsəd tərəfdarları arasında baş verən silahlı qarşıdurma nəticəsində ölənlərin sayı 1300 nəfəri ötüb.

Redaktor.az xəbər verir ki, bu barədə məlumatı Suriya İnsan Haqları Monitorinq Mərkəzi yayıb. 

Bildirilib ki, Latakiya və Tartus vilayətlərində davam edən silahlı toqquşmalarda ölənlər arasında həm mülki şəxslər, həm təhlükəsizlik qüvvələrinin nümayəndələri, həm də Əsəd tərəfdarları var.

Xatırladaq ki, bir neçə gün əvvəl Latakiya və onun ətraf ərazilərində təhlükəsizliyin təmin edilməsinə dair genişmiqyaslı əməliyyata hazırlıq çərçivəsində İdlibdən vilayətə iri həcmdə hərbi qüvvələr gətirilib. Bunun ardınca tərəflər arasında qarşıdurma yaranıb. Buna cavab olaraq Suriya rəhbərliyi Latakiya, eləcə də Tartusa əlavə qüvvələr göndərib.