Macarıstan Aİ-nin Rusiyaya qarşı sanksiyalarının uzadılmasını pozmaqla hədələyir

 11:21 10.03.2025     67

Macarıstan, Avropa Birliyinin (Aİ) Rusiyaya qarşı yaxın vaxtlarda keçirəcəyi şəxsi sanksiyaların uzadılmasına qarşı çıxmağa və bu məsələdə Aİ-nin yekdil razılığını pozmaqla hədələyir.

Redaktor.az bu barədə lenta.ru-ya istinadla məlumat verir.

Budapeşt bu dəfə, Aİ-nin bütün 27 üzv ölkəsinin razılığını tələb edən sanksiyaların uzadılmasına mane olmaq niyyətindədir.

Məlumata görə, Macarıstanın baş naziri Viktor Orban, istədiklərini əldə etmək üçün Aİ-yə təzyiq göstərərək, sanksiyaların uzadılmasını pozmaqla hədələyir. Bu, ona daha çox siyasi təsir imkanları verəcək.

Bundan əlavə, Macarıstan, səkkiz Rusiya vətəndaşının şəxsi sanksiyalar siyahısından çıxarılmasını və qaz təchizatı məsələsinin həllini tələb edir. Lakin, Budapeşt hələlik konkret olaraq hansı şəxslərin sanksiyalarının ləğv edilməsi istədiyini açıqlamayıb.

Aytəkin TOFİQQIZI