2 yaşında qaçırılan qız 25 il sonra TAPILDI

 12:06 10.03.2025     138

ABŞ-nin Konnektikut ştatında 2 yaşında ikən qaçırılan Andrea Mişel Reyes 25 ildən sonra Meksikada sağ tapılıb.

Redaktor.az yerli mediaya istinadla xəbər verir ki, anası tərəfindən qaçırılan Reyesin şəxsiyyəti DNT testləri ilə təsdiqləndikdən sonra o, atası ilə görüşdürülüb. .

Polisdən verilən açıqlamaya görə, Reyes 1999-cu ilin oktyabrında anası Roza Tenorio tərəfindən qaçırılıb. Həmin vaxt Reyes atasının himayəsində olub və anasının isə ona qanuni qəyyumluğu olmayıb. Polis bildirib ki, Tenorio qızı ilə birlikdə Meksikaya qaçıb və onun barəsində həbs qərarı çıxarılıb.

Reyesin atası qızını tapmaq üçün illər ərzində bir neçə dəfə Meksikaya getsə də, ondan heç bir iz tapmayıb. İtkin düşən şəxsin dosyesi 2023-cü ilə qədər bağlı qalıb.

Lakin detektiv Kealyn Nivakoff işi yenidən araşdırıb və Reyesin Puebla şəhərində yaşadığını müəyyən etmək üçün sosial mediada, axtarış qərarları və şahid ifadələrini araşdırıb.

Polisin araşdırmasından sonra Reyes üzərində aparılan təkmil DNT testi onun illərdir itkin düşmüş qız olduğunu təsdiqləyib. Beləliklə, Reyes 25 ildən sonra atasına qovuşub.

Vasif