Rihanna doğuşdan sonrakı fotolarını PAYLAŞDI

 15:58 10.03.2025     81

Rihanna ikinci övladını dünyaya gətirdikdən sonra ilk doğuşdan sonrakı fotolarını paylaşaraq, "Bəli, mirvari və gün eynəyi taxaraq dünyaya gəldim" deyərək yumoristik açıqlamalar verib.

Redaktor.az yerli mediaya istinadla xəbər verir ki, dünyaca məşhur müğənni Rihanna sosial media hesabında doğuşdan sonrakı fotolarını paylaşıb. İkinci övladını qarşılayan Rihanna bu özəl anı yumoristik şəkildə paylaşıb.

Reper ASAP Rocky ilə görüşən Rihanna 2 yaşlı oğlu RZA və 19 aylıq oğlu Riot Rouzun doğuşdan sonrakı ilk fotolarını izləyiciləri ilə paylaşıb.

"Bir qadın olaraq indiyə qədər etdiyim ən güclü şey... Mənim kiçik möcüzələrim! Bəli, mirvari və gün eynəyi taxaraq dünyaya gəldim... Soruşmayın, çox şey olub", - 37 yaşlı müğənni şərhində yazıb.