Çeçenistan Teleqramın bloklanmasına münasibət bildirdi

 17:19 10.03.2025     76

Nazir Dudayev Çeçenistanda Teleqramın bloklanmasını əsassız adlandırıb.

Redaktor.az xəbər verir ki, o, bu barədə öz Teleqram kanalında açıqlama verib.

Çeçenistanın milli siyasət, xarici əlaqələr, mətbuat və informasiya naziri Əhməd Dudayev, Teleqram messencerinin respublikada bloklanmasına münasibət bildirib. 

Nazir, messencerin Çeçenistanda bloklanmasını tamamilə əsassız və məntiqsiz adlandırıb. Dudayevin sözlərinə görə, Çeçenistandakı vəziyyət Rusiya Federasiyasının digər regionlarındakı vəziyyətdən heç də fərqlənmir.

Aytəkin TOFİQQIZI