“Harry Potter”in məşhur aktyoru vəfat ETDİ

 17:46 10.03.2025     75

“Doctor Who” və “Harry Potter” filmlərindəki rolları ilə tanınan aktyor Saymon Fişer-Beker vəfat edib.

Redaktor.az “New York Post”a istinadən xəbər verir ki, o, 63 yaşında dünyasını dəyişib.

Fişer-Bekerin ölümünü meneceri Kim Berri təsdiqləyib: “Təkcə əməkdaşlıq etdiyim şəxsi yox, həm də 15 illik yaxın dostumu itirdim. Saymon, həm də yazıçı və böyük natiq idi”.

Aktyor daha çox “Harri Potter və fəlsəfə daşı” filmindəki “Kök keşiş” obrazı ilə şöhrət qazanıb.

O, həmçinin BBC-nin məşhur komediya serialı olan “Puppy Love” filmində, eləcə də “One foot in the grave”, “The Bill” ”Love soup” və “Afterlife” kimi layihələrdə də yer alıb. 2012-ci ildə Oskar mükafatına layiq görülmüş “Les Misérables” filmində də oynayıb.