Zelenski Trampdan üzr istəyib?

Ukrayna Prezidenti Volodimir Zelenski fevralın 28-də Ağ Evdə baş verən gərgin mübahisədən sonra amerikalı həmkarı Donald Trampdan üzr istəyib.
Redaktor.az xəbər verir ki, bu iddia ilə respublikaçıların xüsusi elçisi Stiv Uitkoff “Fox News” telekanalında çıxış edib.
“Zelenski prezidentə məktub göndərib. O, Oval kabinetdə baş verən hadisəyə görə üzr istəyib. Düşünürəm ki, bu, mühüm addımdır və komandalarımızla ukraynalılar və avropalılar arasında da bu məsələ ilə bağlı çoxlu müzakirələr aparılıb”, - o qeyd edib.