Suriyada baş verənlər Türkiyənin də daxili sabitliyini təhdid edir- Dövlət Bağçalı

MHP başqanı Dövlət Bağçalı, Suriyada baş verən son hadisələrin Türkiyənin də daxili sabitliyini təhdid etdiyini bildirib.
Redaktor.az xəbər verir ki, Bağçalı sosial media hesabında paylaşdığı açıqlamada, 6 mart 2025-dən etibarən Suriyanın Lazkiyə, Tartus, Hama, Humus və Dera şəhərlərində baş verən silahlı toqquşmaların xaricdən idarə olunan etnik və məzhəb əsaslı qarşıdurmalar olduğunu vurğulayıb.
Suriya böhranının tamamilə həll olunmadığını qeyd edən Bağçalı, bölgədəki sabitliyi pozmaq istəyən güclərin hələ də aktiv olduğunu ifadə edib.
Kənan YUSİF