Oğlunu itin hücumundan qorumaq istəyən ata YARALANDI

Türkiyənin Karaman şəhərində ata və 10 yaşlı oğluna it hücum edib. Oğlunu qorumağa çalışan ata ayağından yaralanıb.
Redaktor.az xəbər verir ki, hadisə şəhər küçələrindən birində baş verib. 45 yaşlı Ziya Teber və oğlu Kerimcan Teber gəzinti zamanı it tərəfindən hücuma məruz qalıb. Ata övladını qorumaq üçün müdaxilə etsə də, itin dişləməsi nəticəsində yaralanıb.
Ətrafdakıların məlumat verməsindən sonra hadisə yerinə polis və təcili tibbi yardım cəlb olunub. Yaralı ata xəstəxanaya aparılıb, oğlunun isə səhhətində problem olmadığı bildirilib.
Hücum edən it bələdiyyə işçiləri tərəfindən sığınacağa aparılıb. Hadisə ilə bağlı araşdırma başladılıb.
Kənan YUSİF