İsrail təyyarələri Suriyadakı hərbi hədəflərə zərbələr endirdi

 23:32 10.03.2025     72

İsrail Hərbi Hava Qüvvələrinə məxsus döyüş təyyarələri Suriyanın keçmiş ordusunun 89-cu Zirehli Briqadasının Dəra əyalətinin paytaxtının şimalında (Dəməşqdən 110 km cənubda) bazasına hücum edib.

Redaktor.az xəbər verir ki, Suriya TV-nin məlumatına görə, hava hücumundan sonra hərbi obyektdə bir neçə partlayış baş verib.

Qeyd edilib ki, raket sistemləri və elektron döyüş sistemlərinin yerləşdiyi Suriya paytaxtından 65 km aralıda Ezraa şəhəri ərazisində Suriya hərbçilərinin mövqelərinə də zərbələr endirilib.

Turan İSMAYIL