"ABŞ rəhbərliyi və bütün Avropanın əməkdaşlığı ilə buna tamamilə nail olmaq olar"

Cəbhədəki güclü mövqelər və güclü diplomatiya ədalətli və davamlı sülh üçün birlikdə çalışmalıdır, Amerika Birləşmiş Ştatlarının rəhbərliyi altında və bütün Avropa ilə əməkdaşlıq şəraitində buna tamamilə nail olmaq olar.
Redaktor.az UNN-a istinadla xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.
"Yeni müdafiə paketləri, hava hücumundan müdafiənin gücləndirilməsi və hərbi sənaye kompleksimizə daha çox investisiya. Son bir neçə həftə ərzində Avropa ölkələri Ukraynaya dəstəyi artırmaq üçün onlarla qərar qəbul edib. Cəbhədəki güclü mövqelər və güclü diplomatiya ədalətli və davamlı sülh üçün birlikdə çalışmalıdır. ABŞ rəhbərliyi və bütün Avropanın əməkdaşlığı ilə buna tamamilə nail olmaq olar. Sülh bizim ümumi məqsədimizdir", - deyə Zelenski bildirib.
Xatırladaq ki, sabah Səudiyyə Ərəbistanında ABŞ ilə keçiriləcək danışıqlarda Ukrayna dənizdə atəşkəs rejiminin yaradılmasını və uzaq mənzilli zərbələrə qadağa qoyulmasını təklif edəcək.
Turan İSMAYIL