Qırğızıstanın keçmiş prezidenti vətənə qayıtmaq istədi

 11:11 11.03.2025     159

Qırğızıstanın Prezidenti Sadır Japarov, devrilmiş prezident Kurmanbek Bakiyevin Belarusdan ekstradisiyasını istisna etmədiklərini açıqlayıb. Bakiyevin geri qaytarılması ilə bağlı Minsklə danışıqlar aparılır.

Redaktor.az xəbər verir ki, Japarov bu barədə “Kabar” agentliyinə verdiyi müsahibədə bildirib.

Japarovun sözlərinə görə, Bakiyevin ekstradisiyası yalnız bir şərtlə mümkün olacaq: o, həbs edilməməlidir. Prezident, həmçinin, Bakiyevin rəhbərliyi dövründə ölkədən oğurlanmış pulların geri qaytarılması üçün məlumat tələb etdiklərini qeyd edib.

Japarov, Bakiyevin ailə üzvlərinin və yaxınlarının da cəzalandırıla biləcəyini vurğulayıb. Keçmiş prezident, Bişkekdə Hökumət Evinin yaxınlığında etirazçılara qarşı həyata keçirilən kütləvi zorakılıqlar səbəbindən 30 il müddətinə həbs cəzasına məhkum edilib. Bu hadisələr nəticəsində mindən çox insan yaralanmış, 400-dən çox insan isə həyatını itirmişdi.

Eyni zamanda, Qırğızıstan hüquq-mühafizə orqanları xüsusi təyinatlılarla beynəlxalq terror təşkilatları ilə əlaqəli olan bir qruplaşmanın 30 üzvünü saxlayıblar.

Aytəkin TOFİQQIZI