Filippinin keçmiş Prezidenti Duterte, BCM-nin orderi ilə bağlı həbsini pislədi

 11:20 11.03.2025     111

Filippinin keçmiş Prezidenti Rodriqo Duterte, Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) qərarı əsasında onun həbs olunmasını tənqid edib. Duterte bu barədə “Philippine Star” nəşrinin yayımladığı videoya əsasən açıqlama verib.

Redaktor.az bu barədə lenta.ru-ya istinadla məlumat verir.

Duterte bildirib ki, o, “xüsusilə Qərb dövlətləri ilə əlaqəli məmurlar tərəfindən saxlanılmaqdan” imtina edir və əlavə edib: “Siz sadəcə məni məhv etməli olacaqsınız” – deyə keçmiş prezident rəsmilərə müraciət edib.

Daha əvvəl Manila Beynəlxalq Hava Limanında Filippinin keçmiş prezidenti, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizədə insanlığa qarşı cinayətlərlə əlaqədar verilmiş BCM-nin orderi əsasında saxlanılıb. Bu hadisə, Dutertenin ölkə daxilində tətbiq etdiyi sərt narkotik siyasətinə və Beynəlxalq Cinayət Məhkəməsinin qərarına qarşı çıxışları ilə əlaqəlidir.

Aytəkin TOFİQQIZI