Suriyada SDQ-nin ləğvi istiqamətində mühüm addım

Suriya Rəyasət Heyəti, Suriya Demokratik Qüvvələri (SDQ) ilə bağlı mühüm bir qərar açıqlayaraq, SDQ-nin dövlət qurumlarına inteqrasiya olunacağını bildirib. Bu qərar, Suriya dövlətinin siyasi və etnik müxtəlifliyi təmin etmək məqsədilə atdığı mühüm addım kimi qiymətləndirilir.
Redaktor.az bu barədə "TRT Haber"ə istinadla xəbər verir.
Suriya Rəyasət Heyətinin yayımladığı sənəddə, "Dini və etnik mənşəyindən asılı olmayaraq suriyalıların siyasi proseslərdə və dövlət təsisatlarında iştirakını təmin etmək" ifadəsi yer alır. Eyni zamanda, sənədin digər maddələrində, "Kürd icmasının Suriya dövlətinin mühüm tərkib hissəsi olduğu və bütün konstitusiya hüquqlarına zəmanət verildiyi" vurğulanır.
Rəhbər komitələr, sazişin bu ilin sonuna qədər həyata keçirilməsi istiqamətində iş aparacaqlar. Bu addım, Suriyada sülh və vəhdət üçün atılan mühüm bir addım olaraq dəyərləndirilir.
Aytəkin TOFİQQIZI