Ölkədən çıxmaq istəyən 7 azərbaycanlı qaçaq SAXLANILDI

Türkiyədə qanunsuz yollarla ölkədən çıxmağa çalışan 7 azərbaycanlı saxlanılıb.
Redaktor.az yerli mediaya istinadla bildirir ki, Balıkesir polisi tərəfindən qanunsuz miqrasiya ilə bağlı əməliyyat keçirilib. Əməliyyatlar Altıeylül, Karesi və Savaştepe qəsəbələrində baş tutub.
Nəticədə 7 Azərbaycan və 1 Əfqanistan əsilli vətəndaş saxlanılıb.
Onlar şəhər miqrasiya idarəsinə təhvil veriliblər.