Davamlı burnunu qurdlayan kişi xəstəxanalıq oldu – FOTO

 13:18 11.03.2025     155

Çində mütəmadi olaraq burnunu qurdalayan kişi üz arteriyası yırtıldıqdan sonra təcili əməliyyat olunub.  

Redaktor.az yerli mediaya istinadla xəbər verir ki, hadisə Çinin Şensi əyalətinin Syanyan şəhərində baş verib.

Bildirilir ki, burnunu qurdalayan şəxs ciddi bir burun qanaması keçirib. Qanaxmanı dayandıra bilməyən cütlük xəstəxanaya gedib. Həkimlər arteriya yırtığı diaqnozu qoyub və kişiyə təcili cərrahiyyə əməliyyatı aparılacağını deyiblər. O, əməliyyat eedilərək həyatı xilas edilib.

Mütəxəssislər bildiriblər ki, burun qurdalamaq ciddi infeksiya riski daşıyır, lakin bu vərdiş halına gələndə burun selikli qişasının zədələnməsi kimi daha böyük problemlərə, yuxarıda təsvir edilən kimi ekstremal hallarda isə burun boşluğundakı qan damarlarını və ya toxumalarını zədələyə, hətta arteriyaların qopmasına səbəb ola bilər.

Vasif