Vəzifəsindən gedən Baş nazir kreslosunu da özü ilə apardı - FOTO

 14:48 11.03.2025     209

Kanadanın sabiq Baş naziri Castin Trüdo parlamentin İcmalar Palatasını tərk edərkən kreslosunu də özü ilə aparıb.

Redaktor.az xəbər verir ki, Trüdonun parlamentdən çıxarkən kreslosunu özü ilə apardığı fotonu “Reuters“in fotoqrafı lentə alıb.

Qeyd edək ki, hökumətə 2015-ci ildən rəhbərlik edən 54 yaşlı siyasətçini bu postda Mərkəzi Bankın keçmiş rəhbəri Mark Karni əvəzləyib.

Castin Trüdo