Sinif otağında qalmaqal: müəllim pornoya baxarkən tutuldu

 15:33 11.03.2025     161

Rusiyada müəllim dərs zamanı kompüterində porno izləyərkən yaxalanmasından sonra işindən istefa verib.

Redaktor.az yerli mediaya istinadla xəbər verir ki, tələbələrdən birinin lentə aldığı görüntülər üzə çıxdıqdan sonra məktəbdə ortalıq qarışıb.

Haqqında danışılan müəllimin 62 yaşlı fizika müəllimi Razif Nurqaliev olduğu bildirilir. Hadisə Neftekamsk yaxınlığındakı Taşkinovo kəndindəki məktəbdə baş verib.

Valideynlər hadisəyə sərt reaksiya versə də, məktəb rəhbərliyi əvvəlcə müəllimi işdən uzaqlaşdırmaqdan imtina edib. Lakin valideynlərin ayağa qalxmasından sonra müəllim özü istefa vermək məcburiyyətində qalıb.

Vasif