Antalya Hava Limanı fevralda 908 min sərnişinə xidmət göstərib

 20:54 11.03.2025     108

Türkiyənin Antalya Hava Limanında fevral ayında 908 min 822 sərnişin qeydə alınıb.

Redaktor.az xəbər verir ki, Türkiyənin Nazirliyinin Dövlət Hava Meydanları İşletmesi (DHMİ) Baş İdarəsi hava limanının fevral ayı üzrə statistikalarını açıqlayıb.

Məlumata görə, Antalya Hava Limanında yanvarda daxili reyslərdə 417 min 804, beynəlxalq reyslərdə isə 491 min 18 sərnişin olub.

Fevralda hava limanına 3 min 321 daxili, 3 min 521 beynəlxalq olmaqla ümumilikdə 6 min 842 təyyarə eniş və qalxış edib.

Eyni dövrdə hava limanında 10 min 20 ton yük (baqaj, poçt, kargo) daşınıb.

Yanvar-fevral aylarında isə ümumilikdə 1 milyon 905 min 224 sərnişinə xidmət göstərilib, uçuş sayı 14 min 840, yük həcmi isə 21 min 197 ton olub.

Kənan YUSİF