Dostunun şəklini icazəsiz paylaşdığı üçün 1 il 8 ay həbs EDİLDİ

 21:14 11.03.2025     99

Türkiyədə dostu ilə çəkdiyi şəkli onun icazəsi olmadan paylaşan şəxs "şəxsi məlumatları qanunsuz yaymaq" ittihamı ilə 1 il 8 ay həbs cəzası aldı.

Redaktor.az xəbər verir ki, məhkəmə sənədlərinə görə, təqsirləndirilən şəxs dostu ilə birgə çəkilmiş fotoşəkli icazəsiz şəkildə sosial şəbəkədə paylaşıb və üzərinə təhqiramiz ifadələr yazıb.

Məhkəməsi bəraət qərarı versə də, Apellyasiya Məhkəməsi qərarı ləğv edərək təqsirləndirilən şəxsə 1 il 8 ay həbs cəzası təyin edib.

Məhkəmə, bu cəzanın səbəbi kimi şəxsi məlumatların qanunsuz yayılması və əldə edilməsini göstərib.
Kənan YUSİF