11 yaşlı uşağa sahibsiz itlər hücum ETDİ

 21:17 11.03.2025     130

Türkiyənin Ərzurum şəhərinin Narman rayonunda çörək almağa gedən 11 yaşlı Murat Tutar sahibsiz itlərin hücumuna məruz qalıb və ağır yaralanıb.

Redaktor.az xəbər verir ki, hadisə rayon mərkəzindən 15 kilometr aralıda yerləşən Sütpınar kəndində baş verib. Yaralı uşaq öncə yaxşı lıqda yerləşən xəstəxanaya aparılıb, daha sonra isə Erzurum Şəhər Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Atası Yakup Tutar, oğlunu qan içində gördüyündə böyük qorxu keçirdiyini bildirib.

Kənan YUSİF