Türkiyədə ən çox istifadə olunan soyad və adlar AÇIQLANDI

 21:22 11.03.2025     133

Türkiyədə 2024-cü ildə ən çox yayılmış soyad "Yılmaz", adlarda isə kişilərdə "Mehmet", qadınlarda "Fatma" olub.

Redaktor.az xəbər verir ki, Türkiyənin "nüfus kayıt sistemi"nin məlumatlarına görə, 1 milyon 174 min 516 nəfər "Yılmaz" soyadını daşıyır.

Digər ən çox istifadə olunan soyadlar isə bunlardır:

Kaya – 894 min 360 nəfər

Demir – 871 min 107 nəfər

Çelik – 714 min 184 nəfər

Yıldız – 693 min 634 nəfər

Şahin – 685 min 727 nəfər

Yıldırım – 664 min 229 nəfər

Öztürk – 585 min 53 nəfər

Aydın – 579 min 161 nəfər

Özdemir – 554 min 724 nəfər

Bundan əlavə, Arslan, Doğan, Kılıç, Aslan, Çetin, Kara, Kurt, Koç, Polat və Şimşek kimi soyadları da ən çox rast gəlinənlər sırasındadır.

Kənan YUSİF