Tərəflər ilk raundda nəyi danışıb?

 22:31 11.03.2025     95

Səudiyyə Ərəbistanının Ciddə şəhərində ABŞ və Ukrayna rəsmiləri arasında keçirilən danışıqların birinci raundunda Kiyevin havada və dənizdə atəşkəs təklifi müzakirə edilib.

Redaktor.az xəbər verir ki, bu haqda Ukraynanın “Obşestvennoye” televiziyasının öz mənbələrinə istinadən məlumat yayıb.

Bundan əlavə, birinci hissədə minerallar üzrə saziş müzakirə olunub.

Danışıqlarda ABŞ dövlət katibi Marko Rubio və Donald Trampın milli təhlükəsizlik üzrə müşaviri Maykl Vals, Ukrayna tərəfdən isə xarici işlər naziri Andrey Sibiqa, Ukrayna Prezident Aparatının rəhbəri Andrey Yermak və Ukraynanın müdafiə naziri Rustem Umerov iştirak edib.

Bundan əvvəl ABŞ liderinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Steven Vitkof danışıqların gündəmində atəşkəs razılaşmasının olacağını bildirmişdi. 

Qeyd edək ki, “Financial Times”in xəbərinə görə, artıq ikinci raund da öz işini başa vurub. Yekunla bağlı tərəflərin bəyanatı gözlənilir.