Ukrayna birtərəfli qaydada atəşi dayandırmayacaq - Zelenski

 23:09 11.03.2025     93

Ciddə danışıqlarından sonra Ukrayna-Amerika bəyanatında deyildiyi kimi, Ukrayna 30 gün ərzində cəbhə xətti boyunca atəşi dayandıracaq, yalnız Rusiya da buna razı olmalıdır.

Redaktor.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski teleqram kanalında məlumat verib.

“Bu gün söhbətdə Amerika tərəfindən dərhal irəliyə doğru ilk addımı atmaq və təkcə Qara dənizdə deyil, həm də bütün cəbhə xətti boyunca 30 gün ərzində tam atəşkəs yaratmağa çalışmaq təklifi var idi. Biz belə bir addım atmağa hazırıq və ABŞ Rusiyanı buna inandırmalıdır. Yəni biz razıyıq və ruslar razılaşarsa, o zaman sükut elə o dəqiqə başlayacaq”, - deyə dövlət başçısı bildirib.

Turan İSMAYIL