Suriya konstitusiya bəyannaməsi layihəsini tamamlayır - Əl-Cəzirə

Suriyanın keçid hökumətinin yaratdığı konstitusiya komitəsi konstitusiya bəyannaməsi layihəsinin hazırlanmasını başa çatdırıb.
Redaktor.az xəbər verir ki, bu barədə adı açıqlanmayan komitə üzvünə istinadən Əl-Cəzirə telekanalı məlumat yayıb.
“Biz konstitusiya bəyannaməsi layihəsinin hazırlanmasını başa çatdırmışıq və onu sabah prezidentə təqdim edəcəyik”, - deyə telekanalın mənbəsi bildirib. O, sənəddə konkret hansı müddəaların olduğunu açıqlamayıb.
Qeyd edək ki, martın 2-də Suriyanın yeni administrasiyasının rəhbəri Əhməd əl-Şaraa Suriyanın keçid dövrü üçün hüquqi əsas rolunu oynayacaq konstitusiya bəyannaməsi hazırlamaq üçün komitə yaradıb. Komitənin tərkibinə yeddi ekspert daxildir.
Turan İSMAYIL