ABŞ və Rusiya Ukraynada sülhə dair görüş keçirəcək - Tramp

Rusiya və ABŞ martın 11 və 12-də Ukraynada sülhə dair görüşlər keçirəcək.
Redaktor.az TASS-a istinadla xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən deyib.
"Biz tam atəşkəsdən danışırıq. Ukrayna buna razılıq verib və ümid edirəm ki, Rusiya da buna razı olacaq. Biz onlarla (Rusiya) daha sonra, bu gün və sabah görüşəcəyik və ümid edirəm ki, razılıq əldə edə biləcəyik. Amma düşünürəm ki, bu atəşkəs çox vacibdir", - dövlət başçısı bildirib.
Turan İSMAYIL