Avropa Ukraynada sülhün əldə olunmasına kömək etməyə hazırdır - Tusk

 23:42 11.03.2025     88

Avropa Ukraynada davamlı sülhə nail olmağa kömək etməyə hazırdır.

Redaktor.az xəbər verir ki, bunu Ciddədə ABŞ və Ukrayna nümayəndələri arasında danışıqlardan sonra Polşanın Baş naziri Donald Tusk deyib.

"Deyəsən, amerikalılar və ukraynalılar sülhə doğru mühüm addım atıblar. Avropa isə ədalətli və davamlı sülhün əldə olunmasına kömək etməyə hazırdır", - Tusk X-də ingilis dilində yazıb.

Martın 11-də ABŞ və Ukrayna nümayəndə heyətləri Ciddədə danışıqlar aparıb. Nəticədə, Ukrayna tərəfi 30 günlük atəşkəs təklifini dəstəkləyib, amerikalılar isə öz növbəsində Kiyevə hərbi yardımın bərpa olunduğunu və kəşfiyyat məlumatlarının mübadiləsində fasilənin aradan qaldırıldığını bəyan ediblər.

Turan İSMAYIL