Zaxarova ABŞ nümayəndələri ilə təmasların olacağını istisna etməyib

Rusiya yaxın bir neçə gün ərzində ABŞ nümayəndələri ilə təmasların olmasını istisna etmir.
Redaktor.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova TASS-a bildirib.
"Biz yaxın bir neçə gün ərzində ABŞ nümayəndələri ilə təmasları istisna etmirik", - diplomat müvafiq sualı cavablandırarkən qeyd edib.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp bu gün Ciddə görüşlərindən sonra verdiyi açıqlamada bildirib ki, ABŞ və Rusiya arasında Ukraynada sülh danışıqları ilə bağlı bu gün və ya sabah görüş keçiriləcək.
Turan İSMAYIL