“İndi Rusiya “hə-yox” deməlidir”

ABŞ administrasiyası Ukraynada atəşkəslə bağlı təklifi Rusiyaya çatdırmağı planlaşdırır və Moskvadan müsbət cavab alacağına ümid edir.
Redaktor.az TASS-a istinadən xəbər verir ki, bu sözləri Səudiyyə Ərəbistanında Ukrayna nümayəndə heyəti ilə danışıqların yekunu üzrə danışan Dövlət katibi Marko Rubio deyib.
“Biz onlara deyəcəyik: Masada olan budur. Ukrayna atəşi dayandırmağa və danışıqlara başlamağa hazırdır və indi ruslar “hə” və ya “yox” deməli olacaqlar”, - o bildirib.
Qeyd edək ki, bu gün Ciddədə baş tutan danışıqlarda Ukrayna ABŞ-nin 30 günlük dərhal atəşkəs təklifini qəbul edib.