Bir ildə polisə 4250 dəfə zəng vurdu - HƏBS EDİLDİ

 09:30 12.03.2025     129

Yaponiyada bir kişi son bir il ərzində polisə 4000 dəfədən çox zəng edib.

Redaktor.az xəbər verir ki, bu haqda “Japan Today” məlumat yayıb.

Belə ki, Abiko polisi daim 110-a zəng vuran və qonşularından şikayət edən yerli sakin 46 yaşlı Yuki Şimizu həbs edib.

Məlumata görə, o, fevralın 14-də saat 17:00-dan 21:00-dək aşağıda yerləşən mənzildən səs-küy gəldiyindən şikayət edərək polisə 14 dəfə yalandan zəng edib. Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə göndərilib və məlumat təsdiqini tapmayandan sonra həmin şəxsi saxlayıblar. Şimizu polisə mane olmaqda ittiham olunur.

Ümumilikdə o, son 12 ayda polisə 4250 dəfə zəng edib.