Pakistanda 450 girovdan 155-i azad edildi - FOTO

Xəbər verdiyimiz kimi, dünən Pakistanda “Bəlucistan azadlıq ordusu” ekstremist qruplaşmasının döyüşçüləri sərnişin qatarında 450 nəfəri girov götürüb.
Redaktor.az “Geo TV” telekanalına istinadən xəbər verir ki, ölkənin təhlükəsizlik qüvvələri həmin sərnişinlərdən 155-ini azad edib.
Bildirilib ki, əməliyyat zamanı 30 ekstremist zərərsizləşdirilib. Hazırda digər sərnişinlərin azad edilməsi istiqamətində əməliyyat davam etdirilir.