Ruslar Kurskın Sudja şəhərini geri QAYTARDI

Rusiya ordusu Kursk vilayətinin Sudja şəhərinə nəzarəti geri qaytarıb.
Redaktor.az xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb.
TASS və RİA Novosti Sudja şəhər administrasiyasında Rusiya bayrağının qaldırıldığını, şəhərin mərkəzinin Rusiya Silahlı Qüvvələrinin nəzarətinə qaytarıldığını yazıb.
Qeyd edək ki, Sudja daxil olmaqla Kursk vilayətinin bir hissəsi ötən ilin avqustunda Ukrayna Silahlı Qüvvələrinin nəzarətinə keçmişdi.