Qadağan olunmuş it cinsini gəzdirən şəxs 76 min lirə CƏRİMƏLƏNDİ

 20:04 12.03.2025     104

Türkiyənin Gümüşhanə şəhərində qadağan olunmuş it cinsini ağızlıqsız gəzdirən şəxsə 76 min 173 lirə (3538 manat) inzibati cərimə tətbiq olunub.

Redaktor.az xəbər verir ki, şəhər valiliyin açıqlamasına görə, "İl Emniyyət Müdürlüğü Asayiş Şöbə Müdürlüğü" əməkdaşları Karaer Məhəlləsi Atatürk Küçəsi ərazisində bir şəxsin qoruyucu ağızlıqsız qadağan olunmuş it cinsini gəzdirərkən aşkarlandığını müəyyən ediblər.

Pitbull cinsi olduğu və çipsiz olduğu müəyyən edilən it Gümüşhane Bələdiyyəsi tərəfindən sığınacağa aparılıb.

İt sahibi Ö.C.-yə, 5199 saylı Heyvanları Qoruma Qanununa zidd hərəkət etdiyinə görə 76 min 173 lirə cərimə kəsilib.

Kənan YUSİF