2 aprel çox böyük gün olacaq - Tramp

 21:02 12.03.2025     111

“2 aprel çox böyük gün olacaq. Hal-hazırda bizimkilər Rusiyaya gedir. İndi əsas iş Rusiyadan asılıdır.”

Redaktor.az xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp jurnalistlərə açıqlaması zamanı deyib.

Bundan başqa Tramp Avropa Birliyinin ABŞ-dən öz maraqları üçün istifadə etməyə yaradıldığını deyib.

“Aİ-nin cavab olaraq əlavə rüsum tətbiq etməsinə də cavab verəcəyik.”, - o bildirib.