Filippinin sabiq prezidentini həbs EDİLDİ

 22:00 12.03.2025     111

Filippinin sabiq prezidenti Rodriqo Duterte Beynəlxalq Cinayət Məhkəməsi (BCM) tərəfindən həbs edilib.

Redaktor.az xəbər verir ki, bu barədə məhkəmənin dərc olunan press-relizində deyilir.

Duterte əvvəllər Filippin hökuməti tərəfindən insanlığa qarşı cinayət törətməkdə şübhəli bilinərək BCM-nin məhkəməyə qədər palatası tərəfindən verilən həbs qərarına əsasən saxlanılmışdı.

Sabiq prezident 2011-ci il noyabrın 1-dən 2019-cu ilin 16 martına qədər Filippində törədildiyi iddia edilən qətllərdə ittiham olunur.