“Əgər hesablarınızı ödəməsəniz, sizə kömək etməyəcəyəm” - Tramp

 22:40 12.03.2025     140

ABŞ Prezidenti Donald Tramp etiraf edib ki, Ukraynadakı döyüşlər faktiki olaraq Şimali Atlantika Müqaviləsi Təşkilatı (NATO) ilə Rusiya arasında müharibədir.

Redaktor.az-ın xarici mediaya istinadla məlumatına görə, Amerika lideri xatırladıb ki, Vaşinqtonda hakimiyyətdə olduğu ilk müddət ərzində (2017-2021) Şimali Atlantika Alyansına üzv ölkələr onun təzyiqi ilə hərbi xərcləri əhəmiyyətli dərəcədə artırmağa başlayıblar:

"Pul milyardlarla dollarlarla gəlirdi və NATO xeyli gücləndi. İndi NATO bu pulun böyük hissəsini bu dəhşətli müharibə ilə mübarizəyə xərcləyib", - Tramp Ağ Evdə İrlandiyanın Baş naziri Mişel Martin ilə görüşündə Ukraynadakı münaqişəyə toxunaraq deyib. ABŞ lideri deyib ki, "onların bunu etmələri utancvericidir".

ABŞ-nin öz gələcəyini Şimali Atlantika alyansında görüb-görməməsi ilə bağlı suala o, belə cavab verib: “NATO bizimlə ədalətli davranmalıdır”.

Eyni zamanda, o, ABŞ-nin Vaşinqtonun müdafiə xərclərindən narazı olduğu ölkələrə kömək etmək istəməməsi barədə əvvəlcədən xəbərdarlıq etdiyini vurğulayıb. Ağ Evin sahibi “əgər hesablarınızı ödəməsəniz, sizə kömək etməyəcəyəm” deyib.

Turan İSMAYIL